USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Elektron Hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub

ASAN Radio xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti əhalinin ən çox istifadə etdiyi elektron xidmətlərdən biridir.

Ölkəmizin elektron arayış sistemində mühüm yer tutan bu e-xidmətdən ötən ay 19 922 dəfə istifadə qeydə alınıb. Cari ilin yanvar-sentyabr aylarında isə “İş yerinə dair arayış” e-xidmətinə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çox, yəni 156 368 dəfə müraciət edilib.

Vətəndaşlar “İş yerinə dair arayış” e-xidməti vasitəsilə ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün qısa müddətdə iş yeri haqqında e-arayış əldə edə bilir. Artıq bu məqsədlə işəgötürənə müraciət olunmasına, bundan ötrü vaxt və əziyyət sərf edilməsinə ehtiyac qalmır. Əgər şəxs aktiv əmək müqaviləsi əsasında iki və daha artıq iş yerində əmək fəaliyyəti ilə məşğul olursa, öz seçiminə uyğun olaraq bu və ya digər iş yerinə dair e-arayışı əldə etmək imkanına malikdir.

Bu e-arayışda işəgötürən və işçi barədə məlumatlar, onlar arasında əmək müqaviləsinin bağlandığı tarix, müqavilənin müddətli, yaxud müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər aidiyyəti məlumatlar qeyd olunur. "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidməti e-arayışın təqdim edildiyi qurumlara həmin sənəddəki məlumatların düzgünlüyünü yoxlamaq imkanı verir. Qeyd olunanların nəticəsidir ki, hazırda vətəndaşlardan arayışların məhz elektron formada qəbul edilməsinə üstünlük verilir.

2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidmətindən cari il oktyabrın 1-dək 381 554 dəfə istifadə edilib.

Ümumilikdə cari ilin 9 ayında əhali nazirliyin e- xidmətlərindən 4 491 884 dəfə faydalanıb. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin "Elektron hökumət" portalında təqdim olunan elektron xidmətlərdən istifadə üzrə növbəti statistik məlumatına əsasən, 2016-cı ilin yanvarın 1-dən oktyabrın 1-dək portalda e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

Həmçinin müşahidələrə əsasən, sosial yönümlü elektron xidmətlərə marağın daha çox olduğu, üç rüb ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" xidmətindən 1 milyon 408 min 190 dəfə istifadə edildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, bu müddət ərzində qurumun ikinci ən çox istifadə olunan elektron xidməti "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir. Cari il fevral ayının 22-də elektronlaşdırılaraq portala inteqrasiya edilən bu xidmətdən 1 milyon 203 min 524 dəfə istifadə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 29 elektron xidmət əhalinin istifadəsindədir. Ötən ay vətəndaşlar nazirliyin e-xidmətlərindən 430 845 dəfə faydalanıblar ki, bu da "Elektron hökumət" portalına müraciətlərin 37 faizini təşkil edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!