USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda psixoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı açıqlanıb - FOTOLAR / YENİLƏNİB

“Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə psixi sağlamlıqla bağlı müraciət edənlərin sayı ildən-ilə artır”.

ASAN Radio xəbər verir ki, mərkəzin direktor müavini Rüstəm Salayev jurnalistlərə deyib ki, bu, xəstələrin sayının artması ilə əlaqədar deyil. Onun sözlərinə görə, insanlar əvvəllər psixi xəstə adlandırılmaqdan çəkinirdilər: “Artıq vəziyyət dəyişib. İnsanlar indi çəkinmədən psixiatra müraciət edə bilirlər. Nəticədə müraciətlərin sayı artır. Məsləhət, müalicə, yardım forması anonim olduğundan dəqiq rəqəm demək mümkün deyil. Hazırda Azərbaycanda psixoloji xəstəliklərdən əziyyət çəkən kimi qeydiyyatda 80 min nəfər var. Ümumilikdə isə il ərzində dispanser qeydiyyatda olanların sayı 70-82 min nəfər arasında olur”.

Direktor müavini qeyd edib ki, müraciətlərin arasında adi məişət problemlərindən tutmuş boşanmaya qədər hər cür problemlər yer alır. Depressiyalarla bağlı da müraciətlərin çoxluq təşkil etdiyini deyən R.Salayevin sözlərinə görə, ruhi xəstəliklərlə bağlı da mərkəzə müraciət edənlər olur: “Bu il bir çox intihar halını vaxtında aşkarladığımızdan qarşısını ala bilmişik. Depressiyada olanların hardasa 20 faizi intihar etmək barəsində fikirləşir. Təbii ki, bu da çox böyük rəqəmdir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!