USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Yaponiyada beynəlxalq festivalda təmsil olunub - FOTOLAR

ASAN Radio Diasporla Iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycanı “Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin üzvləri təmsil edib. Müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda əvvəlcə şəhər bələdiyyəsinin sədri Takaşi İşimori çıxış edib. O bildirib ki, bu şəhərdə yaşayan Azərbaycan, Seneqal, ABŞ, Səudiyyə Ərəbistanı, Danimarka, Hindistan, Pakistan, Qana və digər ölkələrin nümayəndələrinin qatıldığı festival bu xalqların bir-birinin mədəniyyətini, adət-ənənəsini, dilini öyrənmək və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.

“Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən maraqla qarşılanıb. Mərkəzin sədri, elktronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər həmin nəşrlərin nümunələrini Haçiyocidə yerləşən “Endo” kitabxanasının müdiri xanım Yoşiko Endoya təqdim edib.

Festival çərçivəsində keçirilən təqdimat mərasimində Tokio Xarici Dillər Universitetinin tələbəsi, diaspor təşkilatını üzvü Ayan Sultanlı bu il Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, ötən dövrdə böyük uğurlara imza atan ölkəmiz beynəlxlaq aləmin ayrılmaz parçasına, siyasi və iqtisadi sahədə etibarlı müttəfiqə çevrilib. Dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanda bu gün beynəlxalq tədbirlər, konsert və idman yarışları yüksək səviyyədə təşkil olunur. 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edildiyini vurğulayan A.Sultanlı Azərbaycanın tolerant, müxtəlif dinlərin dostluq şəraitində yaşadığı nümunəvi ölkə olduğunu bildirib.

Festival çərçivəsində təşkil edilən fotomüsabiqədə X.Kələntərlinin azərbaycanlı Mirayın əks olunduğu “Yaman təəccübləndim” fotosu xüsusi mükafata layiq görülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!