ASAN Radio kənd təsərrüfatı nazirliyinə istinadən xəbər verir ki, bəzi Kütləvi İnformasiya Vasitələrində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyinin (“Rosselxoznadzor”) rəsmi saytına istinadən “Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsinin müfəttişləri tərəfindən Azərbaycandan Rusiyaya ixrac olunan 18 ton alma məhsulu üzərində aparılan fitosanitar baxış zamanı karantin zərərverici hesab olunan şərq meyvəyeyəni (Grapholithamolesta Busck) aşkar olunması və avtomobilin Rusiya ərazisinə daxil olmasına qadağa qoyulması barədə məlumat yayımlanıb.
Bununla bağlı nazirlik bildirir ki, Azərbaycandan Rusiyaya ixrac olunan 18 ton alma məhsulunda karantin zərərverici hesab olunan şərq meyvəyeyəninin aşkar olunması və maşının geri qaytarılması barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə heç bir məlumat daxil olmayıb və belə bir fakt aşkar edilməyib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!