ASAN Radio "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, uzunluğu 8 kilometr olan Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi başa çatıb.
Qeyd edək ki, Qazax-Kosalar avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib.
Yolun yenidən qurulması kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qazax rayonunun 2 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!