"Azərbaycanda manatın məzənnəsinin dəyişməsi ilə bağlı dərman idxalçılarının Nazirlər Kabinetinə müraciəti artıq müsbət həllini tapıb".
ASAN Radionun xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, manatın məzənnəsində müəyyən dəyişiklərlə əlaqədar olaraq problemlər yaranıb.
Vaxtında bu məsələnin həll edildiyini deyən baş nazirin müavininin sözlərinə görə, məzənnədə baş verən dəyişikliklər nəzərə alınmadan, müəyyənləşdirilmiş məzənnə əsasında dərman idxal edən şirkətlər üçün müvafiq dövlət və maliyyə qurumları tərəfindən valyuta ayrılıb ki, onlar sərbəst şəkildə, hər hansı bir çətinlik, maliyyə sıxıntısı hiss etmədən dərmanları Azərbaycana gətirsinlər: “Bu, həll olunmuş məsələdir və artıq mexanizm formalaşıb. Arzu edirik ki, bundan sonra manatın məzənnəsində ciddi dəyişikliklər baş verməsin. Baş versə belə, dərman idxalçıları üçün ciddi problem yaranmayacaq. Bu mexanizm artıq formalaşıb”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!