USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident: “Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə qoşulmaq imkanlarını istisna etmək olmaz”

“Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq imkanlarını istisna etmək olmaz”.

ASAN Radio xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində deyib. O bildirib ki, hələlik ölkə indiki statusda özünü inamlı hiss edir: “Bu mövzuda söhbətlər həm ekspertlər arasında, həm də müxtəlif ölkələrin elitaları arasında çoxdan gedir. Belə deyim: prinsipcə, biz hazırda olduğumuz keyfiyyətdə özümüzü kifayət qədər inamlı hiss edirik. Ona görə də, biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni məni bu cür xarakterizə edərdim”.

Dövlət başçısı Azərbaycanın Avrasiya məkanındakı prosesləri maraqla izlədiyini qeyd edərək o proseslərlə bağlı mürəkkəbliklər və müəyyən iradlar olduğunu da vurğulayıb: “Bu gün bizim Avrasiya İqtisadi Birliyinin üzvləri ilə iqtisadi əməkdaşlıq formatımız, eləcə də siyasi əməkdaşlığımız, kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün əlbəttə, motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və istənilən digər istiqamət üzrə ola bilər. Hazırda biz bu istiqamətdə çalışırıq”.   

Prezident rəsmi Bakının öz indiki vəziyyətindən məmnun olduğunu diqqətə çatdırıb: “Son 13 ildə biz Ümumi Daxili Məhsulun həcmini 3 dəfə artıra, yoxsulluğun səviyyəsini 2003-cü ildəki 49 faiz səviyyəsindən bu il 5 faiz səviyyəsinə endirməyə nail ola bilmişik. Artıq yoxsulluq sosial bir problem kimi yoxdur. İşsizlik də onun kimi 5 faizdir. Bizim böyük valyuta ehtiyatlarımız var, hətta neftin qiymətinin aşağı düşdüyü bu ildə də Neft Fondunun ehtiyatları artır, ona görə ki, biz qənaətlə xərcləyirik və qeyri-neft sektorundan gəlir əldə edirik. Ona görə də, bizi həm iqtisadi, həm də siyasi vəziyyətimiz qane edir”.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!