USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Natiq Əliyev: “Alternativ və bərpa olunan enerji ənənəvi enerjini tam əvəz edə bilməyəcək”

ASAN Radio xəbər verir ki, “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Qazaxıstan energetika nazirinin müavini Maqzum Mirzaqaliyev Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşüb.

Energetika naziri Natiq Əliyev deyib ki, görülən işlərə rəğmən ölkənin energetika balansında alternativ və bərpa olunan enerjinin payı o qədər də yüksək deyil və bu istiqamətdə nailiyyətlərin əldə edilməsi bu sahəyə özəl sektorun cəlbini, lazımi şəraitin yaradılmasını, stimullaşdırıcı tədbirlərin görülməsini və qanunvericilik bazasının daha da təkmilləşdirilməsini tələb edir. Bununla yanaşı, Natiq Əliyev hesab edir ki, alternativ və bərpa olunan enerji ənənəvi enerjini tam əvəz edə bilməyəcək.

Qazaxıstan energetika nazirinin müavini Maqzum Mirzaqaliyev isə gələcəyin enerjisinin müəyyən edilməsi baxımından gələn il keçiriləcək EXPO-2017 “Gələcəyin enerjisi” beynəlxalq sərgisinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazir müavini həmçinin energetika naziri Natiq Əliyevin EXPO-2017 “Gələcəyin enerjisi” beynəlxalq sərgisi çərçivəsində 11-14 iyun 2017-ci il tarixində Astanada keçrilməsi nəzərdə tutulan “Dayanıqlı inkişaf üçün enerji” VIII Beynəlxalq Forumu və Nazirlərin Konfransına dəvət edib.

Bundan başqa, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivləri, “Kaşağan” yatağından hasil edilən neftin ixracı, Qazaxıstan üçün şaxələndirilmiş ixrac sisteminin yaradılmasının vacibliyi və bu məqsədlə Çin istiqamətində planlaşdırılan layihələr, eləcə də Orta Asiyanın enerji mərkəzi kimi mövcud vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!