USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Natiq Əliyev: “Azərbaycan iri enerji mərkəzi statusunda çıxış edir”

“Xəzərin ölkəmizə aid sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına çatdırılması istiqamətində həyata keçirdiyi müstəqil enerji siyasəti hesabına Azərbaycan bu gün regionda və dünyada geosiyasi mövqeyini xeyli möhkəmləndirmiş, transmilli, qlobal əhəmiyyətli enerji layihələri sayəsində təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilib”.

Bunu energetika naziri Natiq Əliyev bu gün Azərbaycanda Energetika Gününün qeyd olunması ilə əlaqədar “Gələcəyə aparan enerji siyasəti” adlı məqaləsində bildirib.

Nazir vurğulayıb ki, milli enerji sektorunu hər cür asılılıqdan çıxarmaqla özünün enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələri və marşutlarının şaxələnməsinə töhfə verən iri enerji mərkəzi statusunda çıxış etməkdədir.

Natiq Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan kimi enerji təhlükəsizliyini təmin etmiş dövlətlər belə, bu gün enerji təminatı kursunu sürətlə dəyişən qlobal çağırışlara uyğunlaşdırmağa, enerji siyasətinin əhatə dairəsini təkcə neft-qazla məhdudlaşdırmamağa çalışır. 

Nazir məqalədə bildirib ki, enerji hasil və ixrac edən bir sıra dövlətlərin öz milli maraqlarından irəli gələn kritik məqamlarda enerji faktorunu digər dövlətə qarşı asanlıqla təsir rıçaqına çevirmələri, ənənəvi enerji ehtiyatlarının getdikcə tükənməsi, dünyanın neft bazarındakı qiymət tərəddüdləri bir çox dövlətlər qarşısında neft və təbii qaz kimi resurslardan asılılığın azaldılması, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələləri aktuallaşdırır.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!