USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Azpromo": Dubay şirkətləri MDB-yə daxil olmaq üçün Azərbaycandan istifadə edir

Bakıda Azərbaycan-Dubay biznes forumu keçirilir.

ASAN Radio xəbər verir ki, forumu açılış nitqi ilə açan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizlə Dubay arasında əlaqələrin uzunmüddətli tarixə malik olduğunu, Azərbaycan şirkətlərinin nəinki Dubay bazarına, o cümlədən ətraf ölkələrin bazarlarına daxil olmaq üçün Dubayı bir hab olaraq gördüyünü qeyd edib.

Onun sözlərinə görə, Dubay şirkətləri də öz növbəsində MDB bazarlarına daxil olmaq üçün Azərbaycandan mərkəz olaraq istifadə edir. "Hər iki ölkə coğrafi şəraitdən istifadə edərək investisiya imkanlarının artmasına töhfə verir. Azərbaycan bu mənada sağlam biznes imkanları təqdim edir. Bundam başqa, bu il Azərbaycanda xüsusilə Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin üstünlüyü müşahidə olunurdu. Ölkəmizə turist kimi gələnlər sonradan burada biznes qurmaqla bağlı qərar verirlər. Bu o deməkdir ki, Azərbaycan yalnız məhsullar satmaq üçün bazar rolunu oynamır, o cümlədən biznes həyata keçirmək üçün də əlverişli bir ölkədir. Azərbaycan Dubaydan olan dostlarını həm burada, həm də digər ölkələrdə biznes imkanlarından istifadə etməyə dəvət edir", - deyə R. Məmmədov bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin "Dubai Exports" təşkilatının icraçı direktorunun müavini Məhəmməd Əli əl-Kamali də Azərbaycanın regionun ən inkişaf etmiş iqtisadi imkanlara malik ölkə olduğunu qeyd edib. "Dubai Exports" 2012-ci ildən Azərbaycan iqtisadiyyatına maraq göstərir. Bugünkü forumda Dubaydan 20-yə yaxın şirkət iştirak edir. Bizim üçün daha çox maraqlı sahələr əsasən tikinti, ərzaq, parfümeriya və qablaşdırmadır. Həqiqətən də Azərbaycanda biznes imkanlarının genişləndirilməsi üçün əlverişli şərait var. Buna görə də biz öz şirkətlərimizi Azərbaycana investisiya yatırmağa çağırırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, forum panel sessiyaları, iş adamları arasında ikitərəfli görüşlərlə davam edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!