USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ziya Bünyadov prospektində hərəkətin təşkili dəyişir

Ziya Bünyadov  və Heydər Əliyev prospektinin kəsişməsində nəqliyyat sıxlığını aradan qaldırmaq məqsədi ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.

 

"Azəravtoyol" ASC-dən ASAN Radioya verilən məlumata görə, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə (Böyükşor Qovşağı) son zamanlar müşahidə olunan tıxacların yaranma səbəblərinin araşdırılması məqsədi ilə aidiyyatı qurumların və "Azəravtoyol" ASC-nin mütəxəssisləri tərəfindən yerində müayinə aparılıb və müəyyən edilmişdir ki, nəqliyyat vasitələrinin Atletlər kəndindən Ziya Bünyadov prospektinə və Ziya Bünyadov prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinin zolaqdan-zolağa yerdəyişmələrinin tənzimlənməsi üçün hərəkətin təşkilində dəyişiklik edilərək, mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə dəmir-beton arakəsmə ilə ayırıcı zolağın tikintisinə ehtiyac vardır.

 

Sözügedən ərazidə nəqliyyat sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan işlərin həyata keçirilməsi məqsədilə hərəkətin təşkilində dəyişiklik edilməsi ilə bağlı Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət olundu.

 

Sözügedən ərazidə mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə 132 metr uzunluğunda dəmir-beton arakəsmələrdən ibarət ayırıcı zolağın qanunvericiliyin Tikinti Norma və Qaydalarının (TN və Q-2.05.02-85) tələblərinə uyğun tikintisi aparıldı.

 

Qeyd edək ki, “Azəravtoyol” ASC tərəfindən atılmış məqsədyönlü addımlar nəqliyyat axınına müsbət təsir edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!