USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olanların sayı 20 min nəfər artıb

ASAN Radio xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 156 758 nəfər, o cümlədən oktyabr ayında 20 234 nəfər üçün fərdi şəxsi hesab açılıb.

Bununla da 1 noyabr 2016-cı il tarixinə fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 336 912 nəfərə çatıb.

Vətəndaşların gələcək etibarlı pensiya təminatı üçün fərdi hesablarında pensiya kapitalı toplamalarına imkan yaradan bu sistemdə qeydiyyatda olanların 673 515 nəfəri (20,2 faiz) 30 yaşa qədər, 850 054 nəfəri (25,5 faiz) 30-40 yaşlarında olan şəxslərdir. Həmçinin sistemdə qeydiyyata alınanlar arasında 40-50 yaşlarında olanlar 669 295 nəfər (20,1 faiz), 50-60 yaşlarında olanlar 702 513 nəfər (21,1 faiz) təşkil edir. Qalanları isə 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir.

Fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan vətəndaşlar onlar üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası, hesablarında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat əldə etmək imkanına malikdir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti fəaliyyət göstərir.

Həmçinin nazirliyin “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və digər e-xidmətləri vasitəsilə vətəndaşlar müvafiq sahələrdə xidmətlərdən elektron müstəvidə və şəffaf şəkildə faydalanmaq imkanlarına malikdirlər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!