USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Berlində azərbaycanlı rəssamların sərgisi açılıb

ASAN Radio Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən "Berlin-Baku" rəsm qalereyasında “Azərbaycan Yaponiya ilə görüşür" ("Aserbaidschan Trifft Japan") adlı rəsm sərgisinin açılışı olub.

Açılış mərasimində Almaniya, Azərbaycan və Yaponiyadan olan incəsənət adamları, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Sara Abbasova, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin icraçı direktoru Heydər Mirzə və Azərbaycan Tələbə Şəbəkəsinin Berlin ofisinin rəhbəri Asif Məsimov iştirak edib.

Sərgidə Azərbaycandan və Yaponiyadan olan gənc rəssamların 30-dan çox rəsm əsəri nümayiş etdirilir. Azərbaycan Telman Quliyev, Günay Şəmsi, Maqdalena Mehdizadə və Yeganə Əsədova ilə, Yaponiya isə Tomoko Kazama, Rikka Ayasaki, İku Xiquçi, Tsieku İtsinoze ilə təmsil olunur.

Sərgi 2016-cı il dekabrın 1-dək davam edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!