USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
13 kiloqramdan artıq gümüş məmulatlarının ölkədən çıxarılmasının qarşısını alıb - FOTOLAR

ASAN Radio xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşı Xartumov Abdula Hacımusa oğlunun idarə etdiyi “Hyundai Grand Santafe” markalı 20DJ244 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə “Xanoba” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin hava filtrinin boşluğundan gömrük nəzarətindən gizlədilən qara polietilen paketlərə bükülü halda 25 ədəd çəkisi 410 qram olan medallar, 7 ədəd çəkisi 130 qram olan fincanlar, 260 ədəd çəkisi 105 qram olan kiçik dördkünc formalı metallar, 145 ədəd çəkisi 90 qram olan kiçik dairə formalı metallar, 3 ədəd çəkisi 320 qram olan qab tutacaqları, 10 ədəd çəkisi 190 qram olan qırıq qaşıq tutacaqları, 3 ədəd çəkisi 55 qram olan qırıq qaşıq başlıqları,170 ədəd çəkisi 11400 qram olan çubuqşəkilli əridilmiş metal parçalar, 1 ədəd çəkisi 375 qram olan kürə formalı əridilmiş metal və çəkisi 110 qram olan metal qırıntıları aşkar olunmuşdur.

Aşkar edilmiş gümüş məmulatlarının cəmi çəkisi 13 kiloqram 185 qramdır.

Faktla bağlı araşdırma aparılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!