USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vaan Martirosyan: "Ermənistanda məscidlər dağıdılır, Azərbaycanla bağlı tarix yenidən yazılır"

 "Azərbaycan və Ermənistan QHT-ləri, yazıçılar, publisistlər, müxtəlif ictimai xadimlər xalqlara artıq barışmaq vaxtı olduğu fikrini aşılamaqda yardım edəcək".

ASAN Radio "Report"a istinadən xəbər verir ki, bunu "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" mövzusunda keçirilən konfransda ermənistanlı hüquq müdafiəçisi Vaan Martirosyan deyib.

"Ermənistan KİV-i burada danışdıqlarımız və müzakirə olunan məsələlər barədə həqiqəti yazmayacaq və ya onlar olanları Ermənistan hakimiyyətinin xeyrinə təhrif edəcəklər. Amma səfirliklər və Azərbaycan KİV nümayəndələrinin dəstəyi ilə burada müzakirə olunan məsələləri dünya ictimaiyyətinin diqqətinə çatdıra biləcəyik", - deyə V.Martirosyan bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın müvafiq formatı dəstəkləyərək Ermənistanla barışıq üçün növbəti addımları atdığı ilk hal deyil.

"Ermənistanda hələ belə şey olmayıb. Hələlik orada güclə hakimiyyəti ələ keçirən, Xocalıda soyqırımı törədən və bu gün də öz xalqına qarşı soyqırımı həyata keçirən insanlar mövcuddur. Onlar Bakıda dövlət tərəfindən mühafizə olunan erməni kilsəsinin olduğunu əhalidən gizlədirlər", - deyə hüquq müdafiəçisi vurğulayıb və bu gün Azərbaycanda 38 min erməninin yaşadığını sözlərinə əlavə edib.

V.Martirosyan Azərbaycanın müxtəlif rayonlarında müqəddəs erməni ziyarətgahlarının olduğunu və onların mühafizə edildiyini bildirib.

"Ermənistanda isə vəziyyət tamamilə bunun əksidir - məscidlər dağıdılır, Azərbaycanla bağlı tarix yenidən yazılır", - deyə o qeyd edib.

O, həmçinin xatırladıb ki, erməni əsilli məşhur rusiyalı aktyor Armen Ciqarxanyanı Ermənistanda təkcə "azərbaycanlılar və ermənilər barışmalıdırlar" deməsinə görə xain adlandırıblar.

Onun sözlərinə görə, münaqişənin həlli yolları çoxdur, diplomatiya da onlardan biridir, amma yekunda münaqişəni ondan ən çox əziyyət çəkənlər həll edir və indiki halda bunlar Azərbaycan və Ermənistan xalqıdır.

"Əminəm ki, tezliklə addımlarımızın ilk nəticələrini görəcəyik. Ermənistanda Qarabağ müharibəsinin ailəsinə bir damla sevinc və xoşbəxtlik gətirdiyini deyən ağlı başında heç kimi tapa bilməzsiniz. Yalnız münaqişədən mənfəət əldə edənlər istisnadır. Onların sayı isə 500 nəfərdir. Məhz elə onlar da Haaqa tribunalına çıxarılmalı və insanlığa qarşı cinayətlərinə görə sorğulanmalıdır", - deyə V.Martirosyan bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!