USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ramil Usubov əməliyyat-xidməti fəaliyyətdə nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edib

ASAN Radio Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Daxili İşlər Nazirliyində “DİN-in Kollegiya qərarlarının icra”sının, «Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi sahəsində görülən işlər"in və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə»nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Daxili işlər naziri Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O da vurğulanıb ki, daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə bu ilin ötən dövründə də qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər bu müddətdə nəinki qorunub-saxlanılıb, əksinə, daha da inkişaf etdirilib.

Daxili işlər naziri son illər hər üç istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, eyni zamanda, uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə hələ də müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə daxili işlər nazirinin müavini -Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev çıxış edib.

Məruzəçi qeyd edib ki, Daxili İşlər Nazirliyi tərəfindən respublikada cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və ardıcıllığının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, effektiv idarəetmə sisteminin formalaşdırılması, bütövlükdə, fəaliyyətin qanunvericiliyin tələblərinə, dövlət başçısının tapşırıqlarına uyğun qurulması məqsədilə mühüm işlər görülüb. Həyata keçirilən tədbirlər ölkədə kriminogen durumun uzun illər tam nəzarətdə saxlanılmasını, əməliyyat şəraitində baş verən neqativ dəyişikliklərə qarşı çevik cavab tədbirlərinin görülməsini, xidməti vəzifələrin xalqın və dövlətin maraqlarına uyğun yerinə yetirilməsini şərtləndirib, vətəndaş məmunluğunu təmin edib. Qeyd olunub ki, göstərilən və digər müsbət nəticələrin əldə edilməsində, o cümlədən qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə nəzarət mexanizminin təkmilləşdirilməsində, qanunçuluğun, xidməti və icra intizamının möhkəmləndirilməsində, rəhbər vəzifəli hər bir əməkdaşın tapşırılmış sahəyə məsuliyyətinin artırılmasında qəbul olunan kollegiya qərarları böyük əhəmiyyət kəsb edib.

Bildirilib ki, son 3 ilə yaxın müddətdə 13 Kollegiya iclası keçirilib və nəticələri üzrə 21 qərar qəbul olunub. Bu qərarlarda əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi, nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı orqan və hissələr qarşısında konkret vəzifələr qoyulub. Onların icra vəziyyətinin öyrənilməsi göstərir ki, Nazirliyin aparatının struktur qurumlarına verilmiş tapşırıq və göstərişlər kurator nazir müavinlərinin nəzarəti altında vaxtında və tam yerinə yetirilib. Yerlərdə də bu işə məsuliyyətlə yanaşılıb, müəyyən olunmuş tədbirlər bütövlükdə həllini tapıb.

Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov gündəlikdəki ikinci məsələ barədə məruzə ilə çıxış edərək deyib ki, əməliyyat şəraitinə və cinayətlərin açılmasına əhəmiyyətli təsiri baxımından təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılıb, bu sahədə görülən işlər əvvəlki Kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunub, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə yazılı göstərişlər göndərilib, şəhər, rayon polis orqanlarına əməli köməkliklər edilib.

Bildirilib ki, bu ilin 9 ayında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq göstərici 3,3 faiz yaxşılaşıb. Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilib tutulması məqsədilə MDB-yə üzv ölkələrə əməliyyat qrupları göndərilib və nəticədə respublikadan kənarda olan 35, eləcə də MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 190 nəfərin yeri müəyyən edilib.

İtkin düşmüş şəxslərin axtarışının təşkili və həyata keçirilməsindən danışan məruzəçi qeyd edib ki, ötən müddətdə itkin düşmüş şəxslərin 71,1 faizinin yeri müəyyən edilib. Müvafiq sahədə fəaliyyətin nəticələri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz yaxşılaşıb.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş işlər barədə məruzə edən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirib ki, təşkilatçılıq fəaliyyətinin və nəzarət mexanizminin yaxşılaşdırılması, regional şöbələrin və ərazi polis orqanlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də tədbirlər davam etdirilib. Həmçinin, bu ilin ötən dövründə 28 ərazi qurumu ilə qarşılıqlı əlaqədə 119 əməliyyat-profilaktik tədbir keçirilərək, qanunsuz dövriyyədən 160 kiloqrama yaxın tiryək, 37,7 kiloqram heroin, 14 kiloqram həşiş olmaqla, ümumilikdə, təxminən 211 kiloqram güclü təsirə malik narkotik vasitə götürülüb.

Bu ilin 9 ayında respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar bütövlükdə 2511, o cümlədən satışla bağlı 620 müvafiq cinayət faktı müəyyən edilib, 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib. “Qara bazarda” dəyəri 6 milyon 774 min manat təşkil edən 784,5 kiloqram və ya ötən ilin 9 ayı ilə müqayisədə 52 kiloqram çox müxtəlif növ narkotik vasitə götürülüb, 70,8 kq və ya 11,4 kq çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Nazirliyin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə məsuliyyət nəzərdə tutan 209-cu maddə əlavə olunub. Şəhər, rayon polis orqanlarının narkotiklərlə mübarizə qurumları tərəfindən carı ilin 9 ayı ərzində həmin xətalarla bağlı 99 protokol tərtib edilib, 28 şəxs 6300 manat miqdarında cərimə edilib, daha 71 protokol üzrə müvafiq tədbirlər görülməkdədir. Ümumilikdə isə narkotiklərlə bağlı hüquqpozmalara görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub ki, onlardan da 63-ü həbs, 46-sı cərimələnib.

Qeyd olunub ki, yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadənin qarşısının alınması, hüquqi maarifləndirmə, sağlam həyat tərzinin təbliği mövzularında ayrı-ayrı şəhər və rayonlarda 2000-ə yaxın görüş, 300-dən çox tam orta məktəbin rəhbərliyi, müəllimləri, psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirilib.

Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, əldə olunmuş uğurlardan, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışıblar.

İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu qeyd etməklə yanaşı, mövcud nöqsanların aradan qaldırılmasını, ilin sonunadək əsaslı dönüş yaradılmasını tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.

Daxili işlər naziri Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi hüquq-mühafizə siyasəti, şəxsi heyətə göstərdiyi yüksək qayğı nəticəsində ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunan uğurları xatırladıb, hər bir əməkdaşın bu ali diqqətə layiqli cavab verməsinin vacibliyini vurğulayıb.

İlin başa çatmasına 2 aydan da az müddət qaldığını diqqətə çatdıran cənab Ramil Usubov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini tələb edib, eyni zamanda, profilaktik işin, xüsusilə yeniyetmə və gənclər arasında, təhsil müəssisələrində yerli hüquq-mühafizə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə antinarkotik təbliğat və təşviqatın daha da gücləndirilməsinin, cinayətlərin qarşısının alınmasının və bağlı qalmış cinayətlərin açılması istiqamətində zəruri tədbirlərin müəyyənləşdirilib həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması, əvvəllər məhkum olunmuş şəxslər və yetkinlik yaşına çatmayanlar tərəfindən, eləcə də ailə münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının vaxtında alınması üçün adekvat ölçülər götürülməli, hər bir orqan və hissədə qanunçuluğun, nizam-intizamın gücləndirilməsi, vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında və operativ şəkildə münasibət, əməkdaşların tapşırılmış sahəyə məsuliyyətinin, peşəkarlıq və hazırlıq səviyyələrinin daha da yüksəldilməsi istiqamətində fəaliyyət daha böyük əzmlə davam etdirilməlidir.

Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərin, verdiyi tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, dövlətə, xalqa, Prezidentə sədaqətlə xidmət edəcək, həmişə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vuracaq.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!