USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Tanınmış xanəndə Bülbülcanın anadan olmasının 175 illiyi qeyd edilib

Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində xanəndə Bülbülcanın (Əbdülbaqi Zülalov) anadan olmasının 175 illiyinə həsr olunmuş tədbir keçirilib.

ASAN Radio xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə tədqiqatçı Gülhüseyn Kazımlı sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Musiqi mədəniyyəti tariximizdə özünəməxsus iz qoyan sənətkarlardan biri də məşhur xanəndə Bülbülcandır. O, Qarabağın, musiqimizin beşiyi sayılan Şuşanın yetirməsi idi, 1841-ci ildə burada anadan olmuşdu. Şuşanın musiqi həyatı başqa xanəndələr kimi onun da bir sənətkar kimi formalaşmasında böyük rol oynayıb. O, ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində alıb. Təhsilini başa vurduqdan sonra tarzən Sadıqcanla bərabər Qarabağ, Şəki, Şirvan və Gəncə şəhərlərində zəngin ailə məclislərinə, el şənliklərinə dəvət olunub. 1875-ci ildə Əbdülbaqi Tiflis şəhərinə köçüb. O zaman Cənubi Qafqazın mədəniyyət mərkəzi sayılan Tiflisdə xeyriyyə məqsədilə tez-tez konsertlər verilirdi. Həmin konsertlərdə yerli xanəndələrlə yanaşı, məşhur rus, italyan musiqiçiləri də çıxış edirdilər. Əbdülbaqi Tiflisdə ilk dəfə böyük tarzən Sadıqcanın müşayiəti ilə oxuyub və bu çıxışdan sonra məşhurlaşıb. O, gürcü dilini də mükəmməl öyrənib, öz ifası ilə gürcü dinləyicilərinin rəğbətini qazanıb. Tiflisdə onu “Bülbülcan” deyə çağırıblar.

Diqqətə çatdırılıb ki, 1900-cü ilin mayında İran hökmdarı Müzəffərəddin şah Tiflisə gəlib. Onun gəlişi münasibətilə böyük məclis qurulub. Məclisə dəvət olunan Əbdülbaqi böyük şövqlə oxuyub. İfaya heyran qalan Müzəffərəddin şah onu “Şiri-Xurşid” ordeni ilə təltif edib.

Bildirilib ki, geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış edib, muğamsevərlər arasında nüfuz qazanıb. Cabbar Qaryağdıoğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişməsində xanəndənin zəhməti əvəzsizdir.

1920-ci ildə Bakıya köçən sənətkar burada yeni açılmış ali musiqi məktəbində dərs deyib. 1929-cu ildə vəfat edən sənətkarın ailəsi bu günə qədər onun musiqi ənənələrini davam etdirir. Gecədə gənc və tanınmış xanəndələrin ifasında xalq, bəstəkar mahnıları ilə yanaşı, muğamlarımız da ifa olunub. İfaçıları “Naz-nazı” ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Əməkdar Artist Malik Mansurovdur.

Tədbir çərçivəsində iştirakçılara Gülhüseyn Kazımlı və Vasif Quliyevin müəllifi olduqları “Bülbülcan” kitabı təqdim olunub. Kitab sənətkarın anadan olmasının 175 illiyi münasibətilə çap edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!