USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bolqarıstan filialı açıldı

ASAN Radio Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və həmin ölkədəki Mediatorların Professional Assosiasiyasının sədri, tanınmış hüquqşünas Eliza Nikolova ilə görüş keçirilib.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdullayev bildirib ki, yarandığı vaxtdan bəri BBMM çoxsaylı beynəlxalq və regional layihələri həyata keçirir. Akademik hazırda Bolqarıstanın Sofiya Universiteti də daxil olmaqla 20 xarici ölkə, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu deyib: “Azərbaycanın multikultural dəyərlərini öz gözləri ilə görən xarici tələbələr keçən il təşkil olunan yay məktəbində öz təşəbbüsləri ilə Azərbaycanın Gənc Dostları Klubunu yaradıblar. Bu gün Azərbaycanın həqiqətlərini ölkəmizin dostu olan həmin gənclər müdafiə edirlər. Hazırda Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Rusiyanın iki şəhərində - Moskva və Yekaterinburqda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları fəaliyyət göstərir”.

Səfir Maya Xristova bu yaxınlarda Bolqarıstanın qədim Veliko-Tırnova şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib: “Bu, bizim üçün böyük jestdir, mühüm əhəmiyyət kəsb edən məsələdir, Keçirdiyimiz hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, sidq-ürəklə görülmüş işə görə mən Azərbaycan xalqına və şəxsən Mehriban Əliyevaya bolqar xalqının böyük sevgisini çatdırıram”. 

Sonra Mərkəzin icraçı direktoru Azad Məmmədovla Eliza Nikolova arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-nin mənafelərini təmsil və müdafiə edən Bolqarıstan filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!