USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN könüllüləri” imtahanlara nəzarətçi kimi cəlb ediliblər

“ASAN” xidmət könüllüləri 2016-cı ildə buraxılış və qəbul imtahanlarına cəlb ediliblər".

ASAN Radio xəbər verir ki, imtahanlarda iştirak etmək üçün Bakının dörd “ASAN” xidmət mərkəzindən və Sumqayıt, Gəncə, Sabirabad, Bərdə şəhər xidmət mərkəzlərindən ümumilikdə 300 könüllünün siyahısı agentlik tərəfindən komissiyaya təqdim olunub.

Könüllülərin zəruri məlumatları elektron bazaya daxil edildikdən sonra onlarla test imtahanlarının texnologiyası, imtahanların gedişinə dair prosedur qaydaları ilə bağlı seminar-məşğələlər keçirilib.

Bu hazırlıq mərhələsindən keçən könüllülərdən 192-si iyunda keçirilən ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi – buraxılış imtahanlarına, 236-sı isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına cəlb edilib.

İmtahan rəhbərləri və nəzarətçilər tərəfindən qiymətləndirmədə müsbət rəy alan 200 könüllü haqqında məlumat nəzarətçilərin elektron qeydiyyatı sisteminə daxil edilib və onların keçiriləcək imtahanlarda iştirakı nəzərdə tutulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!