USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə prezidentinin baş məsləhətçisi: “Azərbaycan torpaqlarının həyasızcasına işğalı davam edir”

”Bütün beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini söyləyir. Ancaq həyasızcasına işğal 20 ildir ki, davam edir”.

ASAN Radio xəbər verir ki, bunu Türkiyənin Yerli Düşüncə Dərnəyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda “Türk Filmləri Həftəsi” ilə əlaqədar təşkil etdiyi tədbirdə Türkiyə prezidentinin baş məsləhətçisi, sabiq mədəniyyət naziri Yalçın Topçu bildirib. 

Y. Topçu deyib ki, Xocalı soyqırımı dünyanın gözləri qarşısında törədilib: “Bu münaqişə olmasa, Azərbaycan Asiyanın və bölgəsinin rifahının açarı olacaqdı. Qarabağ münaqişəsi ilə Azərbaycanın qarşısını almağa çalışırlar. Asiyanın rifahı Azərbaycanın ayağa qalxması ilə bağlıdır, Türkiyənin ayağa qaxması Balkanların, Orta Şərqin, Afrikanın ayağa qalxması deməkdir. Türkiyə ayaq üstdə olarkən kimlərsə bölgədə rejimləri dəyişdirə bilməz. 15 iyulda bütün cəhdlər Türkiyəni diz çökdürməyə hesablanmışdı. 15 iyulda istiqlalımıza və istiqbalımıza sahib çıxdıq, mədəniyyət coğrafiyamıza, məzlum millətlərə ümid olduq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!