USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vüsal Qasımlı: “Dövlət idarəetməsi islahatları mərhələli şəkildə həyata keçiriləçək”

ASAN Radio xəbər verir ki, bu gün “Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri“ mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı giriş nitqi ilə açan Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov bildirib ki, Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində ciddi işlər görülüb. O əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olub. Buna görə də ölkə başçısının tapşırılıqları siyasi islahatların iqtisadi islahatlarla paralel şəkildə aparılmasıdır. Bu istiqamətdə Prezidentin sərəncam və fərmanları, eləcə də qəbul olunmuş qanun layihələri atılan addımları daha da effektiv edib. Elxan Mikayılov həmçinin deyib ki, beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsi fəaliyyətin səmərəliliyini artırır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bilidirib ki, Azərbaycanda dövlət idarəetməsi ilə bağlı islahatlar yeni iqtisadi paradiqmanın tələblərinə uyğun olaraq uğurla davam etdirilir: “Dövlətə məxsus müəssisələrin səmərəliliyinin qiymətləndirilməsi sahəsində tətbiq edilən və beynəlxalq təcrübədə tövsiyə edilən qabaqcıl qaydalar öyrənilib və Prezident Fərmanına uyğun olaraq tətbiq ediləcək. Dövlət müəssisələri üçün effektiv fəaliyyət üzrə uyğun mexanizmlər müəyyənləşdiriləcək. Bu sahədə dövlət idarəetməsi islahatları mərhələli şəkildə həyata keçiriləçək.” Dr. Qasımlı həmçinin əlavə edib ki, Milli iqtisadiyyatın strateji yol xəritəsi çərçivəsində də dövlət idarəetmə islahatlarının istiqamətləri müəyyənləşdirilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləri sayəsində Azərbaycanın yeni mərhələyə qədəm qoyduğunu deyib. Akademik həmçinin əlavə edib ki, milli iqtisadiyyatımızın inkişafı istiqamətində hazırda sistemli islahatlar həyata keçirilir və bu islahatlar gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan dünyada layiqli yerini tutmağa müvəffəq olub.

Milli Məclisin deputatı Vüsal Hüseynov və ASAN xidmətin aparat rəhbəri Azad Cəfərli “Azərbaycanda cari islahatlar və potensial islahatlar üzrə əsas təmərküzləşmə sahələri” mövzusunda məruzə ediblər.  

Konfransda Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, İqtisadiyyat və bir çox digər nazirliklərin, dövlət komitələri, administrasiyaları və agentliklərinin, həmçinin QHT-lərin nümayəndələri iştirak ediblər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!