USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
QMİ sədri: “Mətbuata güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik”

Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün iki həftəlik seminar başlayıb.

ASAN Radio xəbər verir ki, seminar zamanı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və dini xadimlər jurnalistlərlə görüşüblər.

A. Paşazadə belə görüşün Azərbaycan tarixində ilk dəfə keçirildiyini deyib. “Bu o deməkdir ki, dövlət din-dövlət münasibətlərinə xüsusi önəm verir. Azərbaycanda jurnalistlərlə din xadimləri arasında belə yüksək səviyyəli görüş keçirilməmişdi. Əlbəttə ki, ayrı-ayrı jurnalistlərlə görüşlərimiz olub, ancaq bu cür geniş şəkildə görüş birinci dəfə baş tutur. Mətbuat bizim ən yaxın dayağımız olmalıdır, biz sizə güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik. Bu təlimin məqsədi odur ki, həm jurnalistlərin dini bilikləri artsın, həm də din xadimləri ilə jurnalistlər arasında münasibətlər inkişaf etdirilsin. Məqsədimiz odur ki, jurnalistlərlə din xadimləri arasında əlaqələri inkişaf etdirək və dövlətçiliyin xeyrinə işlər görək”.

M. Qurbanlı isə bildirib ki, jurnalistlərin dini bilgilərinin artması, din sahəsi üzrə jurnalistlərin ixtisaslaşması hazırkı dövr üçün olduqca vacibdir.

Öz növbəsində Ə. Amaşov deyib ki, son vaxtlar bəzi mətbuat orqanlarında bilməyərəkdən radikal dini fikirlər təbliğ olunur: “Bu baxımdan belə təlimlərin keçirilməsi bu halların qarşısını alacaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!