Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün ASAN Radionun “QəbuldASAN” verilişinin qonağı olacaq.
“QəbuldASAN” verilişi bu gün saat 18:00-dan 19:00-dək yayımlanacaq.
ASAN Radio xəbər verir ki, veriliş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini radikallıqla mübarizə sahəsində görülən tədbilər və bunların nəticələri, dini savadlılığın səviyyəsinin artırılması, dini dözümsüzlüyün qarşısının alınması və Azərbaycanın tolerantlıq modeli, digər məsələlər barədə maraqlı açıqlamalar verəcək.
Qeyd edək ki, dinləyicilərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya sual vermək imkanı da olacaq.
Suallar vermək əlaqə telefonu: (012) 56-56-100
Facebookda ASAN Radionun rəsmi səhifəsi: https://www.facebook.com/ASANRadio/
Twitter: @radio_asan
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!