USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Fəvvarələr Meydanında "Soyuq əllər, İsti ürək" Qış nağılı  adlı Xeyriyyə Yarmarkası davam edir - FOTOLAR

ASAN Radio xəbər verir ki, Fəvvarələr Meydanında "Nargiz Fund"un rəhbərliyi və Amapola Exclusive Events şirkətinin təşkilatçılığı ilə "Soyuq əllər, İsti ürək" Qış nağılı  adlı Xeyriyyə Yarmarkası davam edir.

Tədbirdə əsas məqsəd uşaq evlərində ağır xəstə olan uşaqlara yardımın təşkilində həmrəlik nümayiş etdirməkdir.

Bu il tədbir daha geniş formatda keçirilir və 2017-ci ilin 14 yanvar tarixinə kimi davam edəcək. Yarmarkada paytaxt sakinləri və qonaqları üçün yeni il bazarında müxtəlif hədiyyələr, suvenirlər, eləcə də qış rəmzi olan əşyaların satışı təşkil olunub.

Bu gün həmçinin 5 dekabr - Beynəlxalq Könüllülər günüdür.

Təşkilatçılar "Soyuq əllər, İsti ürək" Qış nağılı adlı Xeyriyyə Yarmarkasında böyük könüllülər komandasının əvəzolunmaz dəstəyini xüsusi vurğulayır. Xeyriyyə yarmarkasının sosial proqramı çərçivəsində "Asan məktub" xidmətinin könüllüləri tərəfindən "Ümid məktubu" adlı aksiya həyata keçirilir.

45 gün ərzində könüllər uşaq evlərini ziyarət edərək onlarla birlikdə “Ümid məktublarını” tərtib edəcəklər.

"Asan məktub" layihəsi bütün məktubları http://asanmektub.az/letter saytında yerləşdirərək hər bir insana bir uşağın arzusunu həyata keçirmək imkanı yaradacaq.

"Ümid məktubu" aksiyasının əsas çağırışı xəstə yaxud valideyndən məhrum olan uşaqların Azərbaycan cəmiyyətinə lazım olduqlarını hiss etdirməkdir.

Qeyd edək ki, Fəvvarələr meydanında “Nargis Fund”un təşkilatçılığı ilə dördüncü “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası fevralın 3-dən öz işinə başlayıb. Fevralın 3-də yarmarkanın açılış mərasimi baş tutub.

Qeyd edək ki, bu il yarmarkanın təşkilində ASAN könüllüləri yaxından iştirak ediblər. ASAN könüllüləri Xeyriyyə Yarmarkasının qonaqlarına yarmarkadan səmərəli istifadə etməyə və tanış olmağa yardım göstəriblər.

Vurğulamaq lazımdır ki, ASAN Radio "Soyuq əllər, İsti ürək" Qış nağılı  adlı Xeyriyyə Yarmarkasının eksklüziv radio tərəfdaşıdır.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!