USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
14 dekabr – Rəşid Behbudovun doğum günü qeyd edilir

Dünyaşöhrətli müğənni, müstəsna səsə malik Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən biri Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə tanınmış Şuşalı xanəndə Məcid Behbudovun ailəsində dünyaya gəlib. Rəşidin anası isə Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə “Teo-caz” adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olur.

Çox keçmir Rəşid Behbudovla Tofiq Quliyevin sənət əlaqələri yaranır. Sonradan onun repertuarında Tofiq Quliyevin bəstələdiyi bir-birindən gözəl mahnılar yer alır.

R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə «Arşın mal alan» kinokomediyası ilə bitmir. O, həmçinin «Bəxtiyar» filmində, «1001-ci qastrol», «Doğma xalqımıza», «Toyda görüş», «Abşeron ritmləri» film-konsertlərində və filmlərdə çəkilir. «Bəxtiyar» filmi isə onun populyarlığının yeni dalğası olur.

1953-cü il dekabrın 25-də premyerası baş tutan «Sevil» operasında əsas qəhrəman Balaş rolu Rəşid Behbudova tapşırılır. Onun opera səhnəsində yaratdığı bu rol böyük uğur qazanır.

1966-cı ildə Rəşid Behbudov Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edir və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olur.

Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov bir neçə il ərzində Azərbaycanı bütün dünyada tanıdır. Dahi sənətkar Rəşid Behbudov 1989-cu il iyunun 9-da vəfat edib.

Qeyd edək ki, 18 mart 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev “Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.

ASAN Radio xəbər verir ki, bu gün saat 19:00-da Heydər Əliyev sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçiriləcək.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!