Rusiya Müdafiə Nazirliyində "İl-18" təyyarəsinin Yakutiyada qəzaya uğramasını şərh ediblər.
ASAN Radio xəbər verir ki, nazirlik təyyarənin qəza enişi etdiyini bildirib.
"Bütün sərnişinlər və ekipaj üzvləri sağdır. 23 nəfər vertolyotla xəstəxanalara çatdırlıb. Onlardan 16-sı ağır vəziyyətdədir", - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarından bildirilmişdi ki, "İl-18" üç yerə parçalanıb. İlkin veriya əsasən, qəzaya idarəetmədə yanlışlığa yol verilməsi və pis hava şəraitinin səbəb olduğu bildirilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!