USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı sərnişin stansiyasında son tamamlama işləri görülür - FOTOLAR

Azərbaycan paytaxtının giriş qapısı sayılan Bakı sərnişin stansiyasının yüksək səviyyədə, eləcə də müasir dövrün tələblərinə cavab verməsi üçün təmir-tikinti işləri son mərhələdədir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür. Həmçinin bilet kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəz olununb. 1 ədəd yük, 2 ədəd sərnişin və 1 ədəd əlillər üçün panoram-lift quraşdırılıb.

Əsaslı təmirdən sonra burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri, gözləmə zalı, ana-uşaq və namaz otaqları sərnişinlərin istifadəsinə veriləcək.

ASAN Radio “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, vağzal binasının ikinci mərtəbəsində ASAN XİDMƏT fəaliyyət göstərəcək. Sərnişinlər pulsuz Wi-FI sistemindən istifadə edəcəklər.

Bundan başqa, Bakı sərnişin stansiyasının 7 platforması və 8 yolu əsaslı təmir olunub, platformalarda 34 ədəd ikitərəfli oturacaq quraşdırılıb. 8 çıxışlı (4-ü vağzala, 4-ü şəhərə) tuneldə son tamamlama işləri görülür.

Sürətlə davam edən əsaslı təmir işlərinin yaxın günlərdə başa çatması nəzərdə tutulur.

Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı ilk dəfə 1884-cü ildə istifadəyə verilib.

Vağzal binasının mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.

Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.

1977-ci ildə Bakı-sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!