USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN xidmət" mərkəzlərinin iş rejimi

ASAN Radio Bakı şəhərində və regionlarda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin iş rejimi haqqında xəbər verir.

1, 2, 3, 4, 5 saylı Bakı, Sumqayıt, Gəncə "ASAN xidmət" mərkəzləri - həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

1, 2, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzləri Bakı şəhərində qeydiyyatda olan bütün sakinlərə xidmət göstərir.

Sumqayıt "ASAN xidmət" mərkəzi Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Şamaxı və Qobustan rayonlarının qeydiyyatda olan sakinlərinə xidmət göstərir. Bu zaman müraciətlər birbaşa olaraq aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən qəbul olunur.

Gəncə "ASAN xidmət" mərkəzi Gəncə şəhəri ilə yanaşı Şəmkir, Goranboy, Göygöl, Gədəbəy, Kəlbəcər, Xocalı, Samux, Daşkəsən, Tovuz, Ağstafa, Qazax rayonlarının və Naftalan şəhərinin qeydiyyatda olan sakinlərinə xidmət göstərir.

Sabirabad, Bərdə, Qəbələ və Masallı "ASAN xidmət" mərkəzləri - həftənin bazar ertəsi - cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 16:00-dək fəaliyyət göstərir.

Sabirabad "ASAN xidmət" mərkəzi Sabirabad rayonu ilə yanaşı Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, Beyləqan və Füzuli rayonlarının qeydiyyatda olan sakinlərinə xidmət göstərir. Bu zaman müraciətlər birbaşa olaraq aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən qəbul olunur.

Bərdə "ASAN xidmət" mərkəzi Bərdə rayonu ilə yanaşı Ağdam, Ağcabədi, Laçın, Yevlax, Füzuli, Mingəçevir, Ağdaş və Tərtər rayonlarının qeydiyyatda olan sakinlərinə xidmət göstərir. Bu zaman müraciətlər birbaşa olaraq aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən qəbul olunur.

Qəbələ "ASAN xidmət" mərkəzi Qəbələ rayonu ilə yanaşı Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində qeydiyyatda olan vətəndaşlara  xidmət göstərir. Bu zaman müraciətlər birbaşa olaraq aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən qəbul olunur.

Masallı "ASAN xidmət" mərkəzi Masallı rayonu ilə yanaşı Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının ərazisində qeydiyyatda olan vətəndaşlara  xidmət göstərəcəkdir. Bu zaman müraciətlər birbaşa olaraq aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən qəbul olunur.

Telefon nömrəsi:

108 Çağrı Mərkəzi

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!