28/07/2017 04:48

Valyuta USD EUR RUB TRY
Kurs 1.7010 1.9984 0.0286 0.4823


Gündəm

“SEHİRLİ BUS” aksiyası davam edir


13.01.2017   11:21


Fəvvarələr Meydanında "Nargiz Fond" un təşəbbüsü və “Amapola Exclusive Events” şirkətinin təşkilatçılığı ilə keçirilən “Soyuq əllər, İsti ürək: Qış nağılı” adlı Xeyriyyə Yarmarkası çərçivəsində “SEHİRLİ BUS” aksiyası davam edir.

ASAN Radio xəbər verir ki, yanvar ayınn sonuna kimi xüsusi bəzədilən 2 avtobus gün ərzində sərnişinlərə fərqli marşrutlarla səyahət etməyi təklif edir.

Birinci avtobus Abşeron yarımadası ərazisində qrup ekskursiyaları üçün nəzərdə tutulub. Marşrut və vaxt sifarişçilər tərəfindən müəyyən olunur. Sifarişçilər arasında məktəb, uşaq baxçaları və şəhərimizin sakinləri ola bilərlər. Sifariş etmək üçün www.amapola.az/bus saytına daxil olub, sifariş formasını doldurmaq lazımdır.

İkinci avtobus ilə paytaxt sakinləri və şəhərimizin qonaqları Bakının tarixi yerlərinə səyahət etmək imkanı əldə edirlər.

Hər iki avtobusda gediş ödənişlidir. “SEHİRLİ BUS” aksiyasından yığılan vəsait müalicəyə ehtiyacı olan uşaqlara dəstək olan fonda keçiriləcək.










ASAN Radio telefonunuzda
Facebook