19/01/2017 06:20

Valyuta USD EUR RUB TRY
Kurs 1.8045 1.9302 0.0304 0.4790


Havadasan

Bu gün hava çiskinli olacaq


12.01.2017   09:19


Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Sinoptiklərin ASAN Radioya verdiyi məlumata görə, şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman, bəzi şərq rayonlarında isə çiskinli yağıntı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gündüz 7-12° isti, dağlarda isə gündüz 1-6° isti olacağı gözlənilir.








ASAN Radio telefonunuzda
Facebook