USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yanvarın 16-da IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyasına start veriləcək

Yanvarın 16-dan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyası prosesinə start veriləcək.

ASAN Radio “Bakı-2017”nin saytına istinadən xəbər verir ki, Oyunları işıqlandırmaq üçün təxminən 650 jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulur. Media nümayəndələri üçün yaradılan şərait və təklif olunan xidmətlərin təfərrüatları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Media Bələdçisi kitabçasında qeyd olunacaq və mətbuat nümayəndələrinə paylanacaq.

Qeydiyyatla bağlı müraciətlər martın 31-dək qəbul ediləcək. “Bakı-2017”ni işıqlandırmaq istəyən media nümayəndələri bu tarixdən gec olmayaraq akkreditasiya üçün müraciət etməlidirlər. Martın 31-dən sonra edilən müraciətlər qəbul olunmayacaq. Beynəlxalq media nümayəndələrinin müraciəti təmin olunarsa və təsdiqlənərsə, onlara Azərbaycana daxil olmaları üçün viza rolunu oynayacaq müvəqqəti giriş kartı göndəriləcək. Media akkreditasiya kartları isə Akkreditasiya Mərkəzində paylanılacaq.

Oyunlardan əvvəl mayın 9-da və 11-də Atletlər Kəndinə iki media tur təşkil olunacaq. Media nümayəndələrinin Milli Olimpiya komitələrinin qonağı kimi dəvət edilməsi halları istisna olmaqla, onların Atletlər Kəndindəki yaşayış ərazisinə girişinə icazə verilməyəcək. Lakin iki media turdan birində yaşayış ərazisinə giriş üçün imkan yaradılacaq. Hər turda media nümayəndələrinin sayı 100-dən çox olmayacaq. Turda iştirak etmək üçün media nümayəndələri martın 31-dən sonra [email protected] elektron ünvanından qeydiyyatdan keçməlidirlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!