"1 saylı "ASAN kommunal" mərkəzi yanvar ayının 15-dən vətəndaşlara xidmət göstərməyə başlayıb".
ASAN Radio xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.
O bildirib ki, pilot layihə çərçivəsində 1 saylı "ASAN kommunal" mərkəzinin xidmətlərindən ilkin mərhələdə Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan sakinləri yararlana biləcəklər: "Mərkəzdə "Azərişıq" ASC, "Azərsu" ASC, "Azəriqaz" İB tərəfindən 45 növ xidmət göstərilir. Burada eyni zamanda özəl şirkətlər də öz xidmətlərini vərəndaşlara çatdırır, yəni bank və sığorta şirkətləri də Mərkəzdə fəaliyyət göstərir. Artıq 54 sakin xidmətlərdən faydalanıb".
Sədr müavininin sözlərinə görə, yaxın gələcəkdə paytaxtda daha iki "ASAN kommunal" mərkəzi istifadəyə veriləcək: "2 saylı "ASAN Kommunal" Mərkəzi dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bundan sonra bütün Bakı sakinləri qeydiyyat yerindən asılı olmayaraq mərkəzlərdən istifadə edə biləcək. Növbəti illərdə isə regionlarda kommunal mərkəzlər fəaliyyətə başlayacaq".
Ülvi Mehdiyev deyib ki, fevral ayında ikinci kommunal mərkəzinin fəaliyyətə başlaması gözlənilir: "İlin birinci yarısında isə Xətai rayonundakı kommunal mərkəzin fəaliyyətə başlaması gözlənilir".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!