Türkiyənin Konya şəhərində keçirilən “TURAZ Şahini – 2016” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı qarşıya qoyulan tapşırıq şərti düşmənin strateji obyektləri və bu obyektləri mühafizə edən təyyarələri məhv etmək olub.
Uçuşlardan öncə təyyarəçilərlə brifinq keçirilib. Əməliyyat planı, hava şəraiti və digər məsələlər müzakirə edilib.
MiQ-29 və F-16 qırıcı, Su-25 bombardmançı təyyarələrin iştirak etdiyi əməliyyat plana uyğun olaraq həyata keçrilib və uğurla başa çatıb.
Qeyd edək ki, Azərbaycan təyyarəçiləri F-16 qırıcı, türk pilotlar isə MiQ-29 qırıcı və Su-25 bombrdmançı təyyyarələrində əməliyyata qatılıblar.
Təlimlər davam edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!