USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Oskar” mükafatına namizəd ekran əsərlərinin adları açıqlanıb

ABŞ-ın Los-Anceles Kino Akademiyası “Oskar” mükafatına namizəd ekran əsərlərinin adlarını açıqlayıb.

ASAN Radio Anadolu Xəbər Agentliyinə istinadən məlumat verir ki, namizəd göstərilən ekran əsərləri arasında “La-La Land” filmi birinci yeri tutur. Eyni zamanda, bu filmin adı 14 nominasiyada hallanır.

Bununla yanaşı, “Ən yaxşı film” nominasiyasında “Aslan”, “Döyüş vadisi”, “Hər vəchlə”, “Gəliş”, “Hasarlar”, “Dəniz kənarında Mançester”, “Gizli fiqurlar”, “La-La Land” və “Ay işığı” filmlərindən biri qalib elan olunacaq.

“Ən yaxşı kişi aktyor” nominasiyasında birincilik uğrunda Viqqo Mortensen (“Kapitan Fantastik”), Rayan Qoslinq (“La La Land”), Denzel Vaşinqton (“Hasarlar”), Keysi Afflek (“Dəniz kənarında Mançester”) və Endryu Qarfild (“Döyüş vadisi”) mübarizə aparacaqlar.

“Ən yaxşı aktrisa” nominasiyasında Natali Portman (“Ceki”), Rut Neqqa (“Sevmək”), İzabel Yupper (“Elle”), Meril Strip (“Florens Foster Cenkins”) və Emma Stounun (“La-La Land”) namizədliyi irəli sürülüb.

Həmçinin, “Ən yaxşı rejissor” adı uğrunda Barri Cenkins (“Ay işığı”), Kennet Lonerqan (“Dəniz kənarında Mançester”), Mel Gibson (“Döyüş vadisi”), Deni Vilnöv (“Gəliş”) və Demyen Şazell (“La La Land”) mübarizə aparacaqlar.

Qeyd edək ki, “Oskar” mükafatı fevralın 26-da təqdim olunacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!