USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bayram günlərində ermənilər Azərbaycan ordusunun iki hərbi qulluqçusunu yaralayıb

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Novruz və Pasxa bayramları müddətində atəşkəs rejiminə ciddi əməl edilməsi çağırışı Ermənistan tərəfindən birtərəfli qaydada rədd edilib.
Novruz ərəfəsində və bayram günlərində Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı silahlardan, minaatan və qumbaraatanlardan istifadə etməklə qoşunların təmas xəttində gərginliyi xeyli artırıb. Düşmən mövqelərimizi, cəbhəboyu zonada yerləşən kəndləri, eləcə də hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri atəşə tutmaqda davam edib.
Bu günlər ərzində düşmən tərəfindən açılan atəşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində martın 19-da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rüstəmov Əsəd Vahid oğlu və martın 20-də isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Həsənov Nicat Cəbrayıl oğlu yüngül yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükə yoxdur.
Hər dəfə vasitəçilərin sülh təşəbbüslərinə Ermənistan tərəfinin cəbhədə təxribat törətməklə gərginlik yaratmasının müntəzəm xarakter alması artıq təəccüb hissi doğurmur. Azərbaycan tərəfi vasitəçiləri, bütün beynəlxalq təşkilatları erməni tərəfinin yaydığı dezinformasiyalara uymamağa və onun təxribatlarına müvafiq qiymət verməyə çağırır.
Müdafiə Nazirliyi bildirir ki, düşmənə qarşı tətbiq olunacaq cəza tədbirləri və bundan sonra onun verəcəyi itkilərə görə məsuliyyət hər zaman olduğu kimi Ermənistanın kriminal rejiminin üzərinə düşəcəkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!