USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Müşfiq Hətəmov: "Azərbaycan kinosu böyük islahatlar ərəfəsindədir"

"Azərbaycan kinosu böyük islahatlar ərəfəsindədir. Son söz Milli Məclisindir".

ASAN Radio xəbər verir ki, bunu C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov "Bizim kino günləri" layihəsinin açılışına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda qarşıda duran əsas məqsədlərdən biri Azərbaycan kinosunu dünyaya çıxarmaqdır: "Son illərdə Azərbaycan filmləri 50-dən çox ölkədə 160-dan çox festivalda çıxış edib. Müasir dövrün tələblərinə uyğun olaraq, ölkədə yaradıcı sistemi qurmaq üçün yeni qanun layihəsi lazımdır. Qanun layihəsini Milli Məclisə təqdim etmişik, müzakirələr gedir. Qanunun qəbulundan sonra yeni işlər görüləcək. Məsələn, film komissiya və müstəqil kino fondlarının yaradılması planlaşdırılır".

Kinostudiya direktoru qeyd edib ki, Azərbaycan kinosunda özəl film infrastrukturu meydana gəlib: "Rejissorlar müstəqil olaraq, filmlər çəkib Azərbaycan tamaşaçısının diqqətini çəkməyə başlayıblar. Ola bilər, filmələrin bədii keyfiyyəti zəifdir, amma bu qığılcımı məşələ çevirməliyik. "Azərbaycanfilm" kinostudiyası olaraq bizim əsas məqsədimiz iş görən, iş görməyi bacaran insanlarla əməkdaşlıq etmək və onları dəstəkləməkdir".

M. Hətəmov əlavə edib ki, yaxın vaxtlarda komediya filmləri sahəsində İran və Türkiyə prodüserləri ilə iş birliyinin qurulması planlaşdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!