USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BP Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının tərəfdaşı oldu - Fotolar

BP şirkəti və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfdaşlıq haqqında saziş imzalayıblar.

ASAN Radio xəbər verir ki, bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək üzrə öhdəliyinin bir hissəsidir və şirkətin London-2012 Yay Olimpiya Oyunları və Bakı-2015 Avropa Oyunlarında uğurlu təcrübəsi və əməkdaşlığına əsaslanır.

Sazişi Gənclər və idman naziri, İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıb.

A.Rəhimov bildirib ki, BP ilə əməkdaşlıq sazişinin imzalanması çox sevindirici haldır: “Bu bizim ilk sponsor müqaviləmizdir. Müqavilə BP şirkəti ilə imzalanır. BP Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə Azərbaycanda bir çox layihələr həyata keçirib”.

A.Rəhimov xatırladıb ki, 2017-ci il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəylik İli” elan edilib: “Bu baxımdan İslam Hərməylik Oyunları bu ilin ən böyük tədbiridir. Biz buna çox ciddi hazırlaşırıq. Biz istəyirik ki, bu, dünyada böyük bir bayrama çevrilsin və bütün dünyaya islam dostluğunu çatdıra bilsın. İnanırıq ki, bu yarışma uğurla və yüksək səviyyədə baş tutacaq. BP şirkətinə də təşşəkürümüzü bildiririk ki, bu oyunlara dəstəyini göstərir”.

Q.Birrell isə bildrib ki, İslam Həmrəylik Oyunları mühüm əhəmiyyət kəsb edir: “2017-ci il bizim üçün əlamətdar bir ildir. Biz Azərbaycan hökuməti və xalqı ilə tərəfdaşlığımızın 25 illiyini qeyd edirik. 25 illiyimizin qeyd olunması çərçivəsində biz Bakı 2017 İslam Həmrəylik Oyunlarının rəsmi tərəfdaşı oluruq və eləcə də Milli Olimpiya və Paralimpiya komitələri ilə olan tərəfdaşlıq sazişimizin müddətini 2020-ci ilə qədər uzatmaqla onlara dəstəyimizi gücləndirəcəyik”.

BP 6 min gəncin cəlb olunacağı Bakı-2017 könüllülük proqramına da dəstək göstərir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!