USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi talismanları ictimaiyyətə təqdim olunub

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi fevralın 13-də “Bakı-2017”nin rəsmi talismanlarını ictimaiyyətə təqdim edib.

ASAN Radio xəbər verir ki, Azərbaycanın milli sərvəti, gözəlliyi ilə göz oxşayan Qarabağ atları bu gündən IV İslam Həmrəyliyi Oyunlarının talismanları olacaq. İncəliyi və cəsurluğu özündə əks etdirən Qarabağ atları Oyunların təbliğində əhəmiyyətli rol oynamaqla yanaşı, “Bakı-2017”nin simaları olacaqlar.

“İncə” zəriflik və gözəllik nümunəsi olmaqla yanaşı, incəliyi, məlahəti ilə diqqəti cəlb edir, özündə milliliyi və müasirliyi qovuşdurur.

Məharətli, mərd və məqsədyönlü “Cəsur” digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə də ön sıralardadır.

Bu gündən etibarən IV İslam Həmrəyliyi Oyunlarının talismanları olan “İncə” və “Cəsur” Oyunlardan əvvəl və yarışlar zamanı vətəndaşlarımızı Oyunların bir parçası olmağa ruhlandıracaq, ölkəmizin bütün ərazisində əsl idman bayramı əhval-ruhiyyəsi yaradacaqlar.

Qeyd edək ki, hazırda talismanların illüstrasiyası yaradılıb. “İncə” və “Cəsur” tezliklə animasiyalı, eləcə də real görünüşdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tədbirlərinə rəng qatacaqlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!