USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür

Avrokuboklarda 2 aydan çox çəkən fasilə başa çatır. ASAN Radionun məlumatına görə, bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq ki, əsas diqqət Fransada oynanılacaq PSJ – “Barselona” görüşünə yönələcək. Qrup mərhələsində məğlubiyyət üzü görməyən parislilər ikinci yeri tutmuş və “Barsa”ya rəqib olmuşdular. Son vaxtlar əla formada olan Unay Emerinin yetirmələri cavab qarşılaşması öncəsi üstünlük əldə etməyə çalışacaqlar. Əlbəttə ki, bu gün fransızların əsas qol ümidi cari mövsüm qolçuluq bacarığını nümayiş etdirən Edinson Kavani olacaq.

“Barselona” isə son 3 rəsmi oyunda məğlub etdiyi PSJ önündə uğurlu seriyanı davam etdirməyə çalışacaq. Meydan sahiblərində Xavyer Pastore və Qrzeqorz Krixovyak zədəli, Tiaqo Motta cəzalıdısa, qonaqların heyətində Aleyş Vidal, Xavyer Maskerano, Rafinya və Arda Turan zədədən əziyyət çəkirlər.

Günün digər matçında “Benfika” ilə Dortmund “Borussiya”sı üz-üzə gələcəklər. Portuqaliya çempionatının lideri güclü rəqibi büdrətmək və Almaniyaya sərfəli nəticə ilə yollanmaq arzusundadı. Amma “Borussiya”nın Madrid “Real”ının da yer aldığı F qrupunda birinci yeri tutduğunu unutmayaq.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

14 fevral

23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

 

23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!