USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“YARAT”da “Köhnə Bakı ölməyib” filmi nümayiş olunacaq

Fevralın 21-də “YARAT” Müasir İncəsənət Məkanında kinorejissor Murad Abiyevin “Köhnə Bakı ölməyib” qısametrajlı filmi nümayiş olunacaq.

İncəsənət Məkanından ASAN Radioya bildirilib ki, film həyat yoldaşını itirən, monoton ömür sürən Ağarəhim adlı kişinin əhvalatından bəhs edir. Qəhrəman keçmişin, köhnə Bakının ritmi ilə yaşayır. Müasir həyat onun üçün mövcud deyil. O, səhər oyanır, yeyir-içir, küçəyə baxır, İçərişəhərin küçələrini dolaşır, xatirələrə dalır, dükana alış-verişə gedir. Günlərin birində evində haradansa qəribə məxluq peyda olur. Onlar söhbətləşir, mübahisə edir və bu qəribə məxluq qəhrəmanın daxili senzurasının sədd çəkdiyi istəklərini dilə gətirir.

Qəribə məxluq Ağarəhimi keçmişindən ayırıb indiki zamanın ritminə kökləmək istəyir. Əhvalat onunla bitir ki, çağırılmamış qonaq ev sahibinə arvadının şkafını satmağı və xatirələrdən xilas olmağı təklif edir.

Qeyd edək ki, film Azərbaycan dilində rus dili alt yazıları ilə təqdim olunacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!