24/06/2017 07:42

Valyuta USD EUR RUB TRY
Kurs 1.7022 1.8999 0.0285 0.4850


Rəsmi

Prezident İlham Əliyev Pakistan prezidenti Məmnun Hüseynə başsağlığı verib


17.02.2017   12:31


Azərbaycan Prezidenti İlham Əliyev Pakistan prezidenti Məmnun Hüseynə başsağlığı verib. ASAN Radionun məlumatına görə, başsağlığı məktubunda deyilir:

Hörmətli cənab Prezident,

Son günlər ölkənizdə törədilmiş terror aktları bizi son dərəcə kədərləndirir.

Biz bu amansız əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!




Xəbər lenti

23 İyun







ASAN Radio telefonunuzda
Facebook