USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev: “Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik” - Yenilənib

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin görüşü olub. Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərini məmnunluq hissi ilə xatırlayıb, keçirilən görüşlərdə səmərəli fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Səfər çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini deyən Xorvatiya prezidenti hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlığımızı daha da genişləndirəcəyini diqqətə çatdırıb. Xorvatiyanın enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən informasiya texnologiyaları, gəmiqayırma, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə də Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyən Kolinda Qrabar-Kitaroviç ölkəsinin həyata keçirdiyi enerji layihələrində Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.

Kolinda Qrabar-Kitaroviç prezident İlham Əliyevin Avropa İttifaqına səfərinin uğurlu keçdiyini bildirib, Azərbaycanın Avropa İttifaqı ilə yeni sənəd üzərində işlədiyini deyib, bu prosesin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafına xidmət edəcəyini bildirib. Xorvatiya prezidenti İ. Əliyevi ölkəsinə səfərə dəvət edib.

Prezident İlham Əliyev Azərbaycan-Xorvatiya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan prezidenti hökumətlərarası komissiyanın öz işini praktiki məsələlər üzərində cəmləşdirməsinin vacibliyini vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm roluna toxunan dövlət başçısı ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu layihələrdə Xorvatiyanın da iştirak edə biləcəyini diqqətə çatdırıb.

Avropa İttifaqı ilə əlaqələrdən danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropa Komissiyası ilə fəal əməkdaşlıq edir. Azərbaycan prezidenti ikitərəfli əlaqələrimizin həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə siyasi dialoq, təhlükəsizlik, texnologiyalar, enerji, multikulturalizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətində olduğunu deyib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulub. Xorvatiya prezidenti münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!