18/12/2017 09:10

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


İdmandasan

Bakı 2017 Könüllülük Proqramının müsahibə mərhələsi başa çatıb


17.02.2017   17:23


12-22 may tarixləri arasında şəhərimizin ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərən Bakı 2017 Könüllülük Proqramının müsahibə mərhələsi yekunlaşıb.

ASAN Radio xəbər verir ki, Bakı 2017 Könüllülük Proqramına qeydiyyatdan keçən namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzində aparılan müsahibələrdə iştirak edərək, ölkəmiz üçün əlamətdar olan bu mötəbər idman tədbirinin ayrılmaz hissəsi olmağa çalışıblar.

17 Fevral tarixində bitəcək müsahibələrin yekunu olaraq, növbəti həftələrdə könüllülər üçün təlimlərə start veriləcək. Müsahibələrin seçim mərhələsini uğurla keçmiş namizədlərə ilkin mərhələdə Oyunlar zamanı icra edəcəkləri vəzifələr haqda məlumat veriləcək, daha sonra isə onlar ümumi təlimlərə dəvət ediləcək.

Bakı 2017 Könüllülərinin Oyunlara hazırlığını təmin etmək məqsədi ilə təşkil olunmuş bu təlimlərə 21 fevral tarixindən etibarən öz işinə başlayacaq.

31 mart tarixinədək davam edəcək ümumi təlimlər silsiləsi həftədə 3 dəfə keçiriləcək. Könüllülərin əksəriyyətinin tələbə olduğunu nəzərə alaraq, təlimlərin iki növbədə keçirilməsi planlaşdırılır. Bununla da, könüllülər öz uyğun zamanlarına münasib növbəni seçərək təlimlərə qatıla biləcəklər.

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bir hissəsi olmaqla, könüllü adını qazanan namizədlər əvəzsiz təcrübə, yeni biliklər, işgüzar əlaqələrini genişləndirmək və yeni dostlar qazanmaq imkanı əldə edəcək.




Xəbər lenti

18 Dekabr
16 Dekabr
15 Dekabr











ASAN Radio telefonunuzda
Facebook