USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Məcburi köçkünlərin elektrik enerjisi sərfiyyatı üzrə limitlər müəyyən edildi

Nazirlər Kabineti sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında qərar qəbul edib.

ASAN Radionun məlumatına görə, qərarda qeyd olunur ki, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limit adambaşına ayda 300 kvt.saat müəyyən edilsin.

Müəyyən edilir ki, bu qərarın 1-ci hissəsində göstərilən limit üzrə elektrik enerjisi haqqı Azərbaycan Tarif (qiymət) Şurası tərəfindən əhali üzrə aylıq istehlak həcminin 300 kvt. saata qədər (300 kvt.saat daxil) olan hissəsi üçün müəyyən edilmiş pərakəndə satış tarifi ilə ödənilir.

Qərara əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin adlı siyahıları aşağıdakı qaydada tərtib olunur:

- faktiki istehlakçıların adlı siyahıları şəxsiyyəti təsdiq edən sənəd əsasında onların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, həmin şəhər və rayonların kommunal xidmət təşkilatları (elektrik enerjisi, qaz, su təchizatı idarələri), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) rayon (şəhər) üzrə nümayəndələri tərəfindən istifadə olunan xidmətlərin növləri göstərilməklə, ərazisi işğal olunmuş hər bir rayon üzrə ayrı-ayrılıqda bu qərara əlavə olunmuş 1 və 2 nömrəli formalara uyğun olaraq;

- faktiki istehlakçıların müvəqqəti məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları tərəfindən istehlakçıların hər il yanvarın 1-nə ümumi adlı siyahısı, artma və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabat hazırlanıb təsdiq edilir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Komitəyə, elektron daşıyıcı variantında isə Maliyyə Nazirliyinə təqdim edilir;

- təqdim olunmuş siyahılar Komitə tərəfindən dürüstləşdirildikdən sonra həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növünə uyğun müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanaraq ödənişin aparılması üçün hər növbəti ayın 15-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edilir.

Faktiki istehlakçıların adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən istehlakçıların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılır ki, aidiyyəti rayon (şəhər) icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ilə birlikdə hər ay bu qərarın 3-cü hissəsində göstərilən şəxslər tərəfindən faktiki istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması üzrə üzləşdirmə aktı tərtib etsin və həmin kommunal xidmətlərinə görə haqların faktiki göstəricilər nəzərə alınmaqla, müəyyən edilmiş limitlər daxilində mərkəzləşmiş qaydada aidiyyəti kommunal xidmət təşkilatlarına ödənilməsini təmin etsin; bu qərardan irəli gələn digər məsələləri həll etsin.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!