Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramının açılış mərasimi keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən tədbirdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİHOƏK) korporativ direktoru Elçin Səfərov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və könüllülərin iştirak etdiyi tədbirdə proqramın üç istiqamətdə həyata keçiriləcəyi qeyd olunub. “Bakı-2017 Könüllülərinin IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı”, “Bakı-2017” Könüllülərinin şəxsi və peşəkar inkişafı” və “Bakı-2017 Könüllülərinin sosial fəaliyyəti” istiqamətində təlimlər təşkil ediləcək.
Daha sonra tədbirdə “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı “Bakı-2017” könüllülərinin şəxsi və peşəkar inkişafı istiqaməti üzrə “Effektiv Kommunikasiya” təliminə başlanılıb. Televiziya və Radio aparıcısı Dj Fateh, həmçinin “Hyundai” markasının marketinq meneceri Rauf Cahangirovun apardığı təlimin əsas istiqaməti könüllülərə ünsiyyət sahəsində həm effektiv məlumatların çatdırılması, həm də bu sahədə adıçəkilən təlimçilər tərəfindən təcrübənin bölüşdürülməsi olub.
“Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı çərçivəsində baş tutan “Effektiv Kommunikasiya” təlimi üçün qeydiyyatdan keçən ilk 400 könüllü təlimdə iştirak imkanı əldə edib. Təlimin sonunda könüllülərə sertifikat təqdim olunub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!