USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cavid Qurbanov: “Mehriban xanım Nazirlər Kabinetinin yükünü üzərinə götürmüşdü, bu təyinat sadə insanların ürəyincə oldu"

“Mehriban xanımın birinci vitse-prezident təyin olunması sosial sifariş olduğundan gözlənilən idi. Azərbaycan prezidenti öz qərarlarında və seçimlərində hər zaman dövlətin, millətin gələcəyini, çıxarlarını düşünür. Bu baxımdan,  Mehriban xanım Əliyevanın bu posta təyinatından məmnunam”.

ASAN Radio xəbər verir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov söyləyib. Onun sözlərinə görə, ölkə rəhbərinin bu təyinatı həm də sadə insanların ürəyincə olub: “Mehriban xanım, sadə insanların ümid yeri olub. Mən deyərdim ki, o, əksər vaxtlar Nazirlər Kabinetinin işini üzərinə götürüb. Bəzən hansısa probleminə görə, aidiyyatı qurumlar qapısında qalan insan öz köməkliyini ondan görüb. O, birinci vitse-prezident kimi görəcəyi işləri indiyədək də görürdü. Sadəcə onun bu statusunu Cənab Prezident rəsmiləşdirdi”. 

Cavid Qurbanovun sözlərinə görə, Mehriban Əliyevanın fəaliyyəti təkçə ölkə hüdudları ilə məhdudlaşmayıb: “O, Azərbaycanın, Qarabağın həqiqətlərini dünya çapına çıxardı. Mədəniyyətimizin, musiqimizin təbliği ilə Azərbaycanı dünyada tanıtdı. Məhz Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində dünyada “Xocalıya ədalət” anlayışı formalaşdı”.  

Cavid Qurbanov Mehriban Əliyevanın qanunverici orqandakı fəaliyyətinin də cəlbedici olduğunu deyib: “Onun təşəbbüsü ilə Azərbaycanda bir neçə dəfə amnistiya aktı həyata keçirilib. On minlərlə insan həbsxanadan ailəsinə qovuşub. Azərbaycanın qanunvericilk bazasının formalaşmasında özünün tövhəsini verib. Bu baxımdan hesab edirəm ki, bu təyinat milli və dövlətçilik maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edir. Biz yaxın zamanlarda bunun ölkə həyatında müsbət nəticəsini də görəcəyik”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!