USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin müraciəti

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ötən gün Prezidentin sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti seçilməsi münasibətilə təbrik ünvanlayıb. ASAN Radio “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanovun müraciətini təqdim edir:

Möhtərəm Mehriban xanım!

Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, inkişaf, tərəqqi yolunda inamla irəliləməsini təmin etmək, Azərbaycan dövlətini beynəlxalq aləmdə daha da yüksəltmək üçün Sizin ölkə Prezidenti tərəfindən Birinci vitse-prezident təyin edilməyiniz qədirbilən xalqımızı, xüsusən də biz kəlbəcərliləri ürəkdən sevindirdi. Biz Prezident cənab İlham Əliyevin davam etdirdiyi siyasi irsi dəstəklədiyimiz kimi, Sizin də belə bir məsuliyyətli vəzifəyə təyinatınızı dəstəkləyir və həyata keçirəcəyiniz taleyüklü işlərdə Sizə hər zaman arxa-dayaq olacağımızı bildiririk. Sazın, sözün biliciləri, yüzlərlə ağsaqqalı, ağbirçəyi olan Kəlbəcər camaatı ağı qaradan yaxşı seçir, bilir ki, torpaqlarımızın xilası, el-obamızın öz yurduna qayıtması, bütövlükdə ərazi bütövlüyümüzün bərpası yalnız Sizin yaxından təmsil olunduğunuz Prezident İlham Əliyev siyasi müdrikliyi ilə mümkün olacaq.

Siz bu günə qədər də Azərbaycanın Birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri kimi həm Azərbaycan insanı, həm də dünya insanı üçün çox böyük xeyriyyəçilik, humanist layihələrin təşəbbüskarı və birbaşa icraçısı olmusunuz. Sizin təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı üçün böyük əmək sərf edən Xoşməramlı Səfir kimi Azərbaycan tarixinin, adət-ənənələrinin, mədəniyyət və incəsənətinin dünya xalqları tərəfindən tanınması üçün apardığınız müxtəlif istiqamətli işləriniz saysız, hesabsızdır. Məhz Sizin təşəbbüsünüzlə nəfis şəkildə hazırlanan “Qarabağ xanəndələri” musiqi albomu, “Muğam irsi”,“Muğam dəstgahı”, “Muğam ensiklopediyası”, Beynəlxalq Muğam Mərkəzinin yaradılması və digər layihələr xalq muğamlarının dünyada tanıdılması üçün ən böyük töhfədir. Milli-mənəvi dəyərlərimizin, aşıq sənətimizin dünyanın mədəni irsi kimi qorunması, xalqımızın görkəmli şəxsiyyətlərinin yubleylərinin keçirilməsi, Azərbaycanın milli mədəniyyət tarixində xidmətləri olan insanların yubiley tədbirlərinin YUNESKO-nun proqramlarına daxil edilməsi də Sizin əvəzolunmaz xidmətlərinizdəndir.

Mən bir el ağsaqqalı kimi, Kəlbəcər camaatı ilə ən çox ünsiyyətdə olan bir insan kimi Sizə bidirmək istəyirəm ki, kəlbəcərlilər Sizə son dərəcə böyük ehtiram göstərir, Sizi ürəkdən sevir və hər bir işinizdə Sizinlə birlikdədir.

Möhtərəm Mehriban xanım!

Sizi bir daha Birinci vitse-prezident təyin olunmağınız münasibətilə bütün Kəlbəcər ictimaiyyəti, el ağsaqqalları və ağbirçəkləri, ziyalıları və sadə insanları, bilavasitə məşhur el sənətkarı Aşıq Şəmşirin ailə üzvləri adından ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirik. İnanırıq ki, Siz Prezident cənab İlham Əliyevlə birgə Vətinimizin adını daha da ucaldacaq, insanlara daha gözəl həyat bəxş edəcək və bizi doğma torpaqlarımıza qovuşduracaqsınız. Siz də əmin ola bilərsiniz ki, bütün işlərinizdə kəlbəcərlilər Sizinlə birlikdədir. Ulu Tanrı Sizə yar olsun!

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!