USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600 nəfərə qədər könüllü cəlb olunacaq

Mayın 12-dən 22-dək ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600 nəfərə qədər könüllü cəlb olunacaq.

ASAN Radionun xəbərinə görə, İslam Oyunları Təşkilat Komitəsinin Baş tibbi məsləhətçisi Samir Zeynalovun sözlərinə görə, bütün könüllülər fevral-mart ayları ərzində müxtəlif yönümlü tibbi təlimlərə cəlb olunacaqlar. Fevral ayının 6-dan bu günə qədər artıq 360 nəfər tibbi yardım könüllüsü Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Korpusunda oyunlar zamanı ilkin tibbi yardımın strukturu, təşkili, İlk Tibbi Yardım və Həyatın Vacib Saxlanması (BLS- Basic Life Support) təlimlərinə cəlb olunaraq nəzəri olaraq məlumatlandırılıb və praktiki vərdişlərə yiyələniblər.

S.Zeynalov bildirib ki, təlimlər zamanı ən müasir təlim və tədris avadanlıqlarından istifadə olunub: “Biz, yaxın vaxtlarda Azərbaycan Tibb Universitetinin 200 nəfərə qədər hazırki IV və V kurs tələbələrini də bu təlimlərə cəlb etməklə, İlk Tibbi Yardım və Həyatın Vacib Saxlanması vərdişlərinin onlar tərəfindən mənimsənilməsinə və könüllü olaraq oyunlar zamanı bizə dəstək olmalarına nail olmaq fikrindəyik. Artıq bu sahədə ilk Avropa oyunlarından müsbət təcrübə var və ozünü doğruldub. Bu təlimlərin həyata keçirilməsində bizə lazımi dəstəyi və hərtərəfli köməyi əsirgəməyən ATU-nun Tədris Cərrahiyyə Korpusunun direktoru, professor Surxay Hadıyevə minnətdarlığımızı bilidirir, əməkdaşlığımızın gələcəkdə daha sıx olacağına və ümumilikdə, ölkəmizə daha çox fayda verəcəyinə əminliyimizi bildiririk”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!