USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aprelin 1-dən Baki-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq

1 aprel 2017-ci ildən etibarən 38/37 №-li Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ASAN Radioya bildirib ki, İsveçrə frankının Azərbaycan manatına qarşı bu günə olan məzənnəsinə uyğun olaraq, Bakıdan Tbilisiyə kimi gediş haqqı, yataq dəstinin istifadəsi və komisiyon yığım daxil olmaqla, plaskart vaqonda – 30,16 AZN, kupe vaqonda – 44,50 AZN və SV vaqonda - 83,77 AZN təşkil edirsə, gediş haqqları aşağı salındıqdan sonra bu günə olan məzənnə ilə gediş haqqı plaskart vaqonda – 24,54 AZN, kupe vaqonda –35,32 AZN və SV vaqonda -58.43 AZN təşkil edəcək.

Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da uyğun olaraq dəyişdiriləcəkdir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!