USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Medicabil xəstəxanası arasında memorandum imzalanıb

Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Bursa şəhərindəki Medicabil xəstəxanası arasında memorandum imzalanıb.

ATU-nun mətbuat xidmətindən ASAN Radioya bildiriblər ki, bu məqsədlə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi professor Rauf Ağayev və tibbi koordinasiya şöbəsinin həkimi Aygün Abdullayeva Türkiyənin Medicabil xəstəxanasında olublar. ATU-nun rektoru professor Gəray Gəraybəylinin göstərişi ilə baş tutan səfər qarşılıqlı əməkdaşlığın inkişafı məqsədi ilə keçirilib. Səfər zamanı nümayəndə heyəti xəstəxananın professorları ilə görüşüb, təmsil etdikləri tibb müəssisəsi barədə geniş məlumat veriblər.

Sonra iki tibb ocağı arasında memorandum imzalanıb, idarəetmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Memorandumun əsas məqsədi akademik mübadilə və əməkdaşlığın genişləndirilməsidir. Görüş zamanı tibb sahələrində birgə elmi tədqiqatlar, simpozium və konfransların keçirilməsi, təcrübə mübadiləsi imkanları müzakirə olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!